Türkiyənin daxili İşlər naziri Bəşir Atalay bildirib ki, ölkə İraqın şimalındakı Mahmur terror düşərgəsindən təslim olaraq geri dönən PPK-çıları qəbul etməyə hazırdır. Bu haqda Türkiyənin ANADOLU informasiya agentliyi məlumat verib.
"Türkiyə təslim olan PPK-çıları qəbul etməyə hazırdır. Təslim olan PKK-çıların qəbulu üçün Türkiyə-İraq sərhədindəki Habur buraxılış məntəqəsindən istifadə oluna bilər", - deyə Atalay qeyd edib.
Nazir onu da qeyd edib ki , Mahmur terror düşərgəsində olan PKK-çıların əksəriyyəti ailələri ilə birlikdədir. Atalayın sözlərinə görə, yaxın vaxtlarda İraqın şimalındakı Mahmur terror düşərgəsində son vəziyyəti araşdırmaq üçün ABŞ, Türkiyə və İraqın iştirakı ilə birgə komissiya yaradılacaq.