...

"Sionist rejimi" İrana hücum etmək üçün çox kiçikdir - İran Prezidenti

Dünya xəbərləri Materials 24 Noyabr 2009 16:19 (UTC +04:00)
İran Prezidenti Mahmud Əhmədinejad çərşənbə günü Braziliyada keçirdiyi mətbuat konfransında bildirib ki, "Sionist rejimi" İrana hücum etmək üçün çox kiçikdir. "Onların bu işi görməyə cəsarəti yoxdur və İrana hərbi hücum etmək üçün çox balacadırlar", - Əhmədinejad deyib.
"Sionist rejimi" İrana hücum etmək üçün çox kiçikdir - İran Prezidenti

İran Prezidenti Mahmud Əhmədinejad çərşənbə günü Braziliyada keçirdiyi mətbuat konfransında bildirib ki, "Sionist rejimi" İrana hücum etmək üçün çox kiçikdir. "Onların bu işi görməyə cəsarəti yoxdur və İrana hərbi hücum etmək üçün çox balacadırlar", - Əhmədinejad deyib. Məlumatı FARS xəbər agentliyi yayıb.

İran Prezidenti deyib ki, hərbi hücum etmək dövranı sona çatıb, bu gün dialoq günüdür. "Hərbi hücumlar etmək keçmiş dövrdə qalıb, bu, siyasi cəhətdən geridə qalmışların işidir", - Əhmədinejad deyib.

O əlavə edib ki, sülh və dostluq ədalətin icrası ilə əldə oluna bilər, dünyanı zülm və hədələməklə idarə etmək istəyənlər heç vaxt öz məqsədlərinə çata bilməyəcəklər.

İsrail, ABŞ və Qərb ölkələri İranın nüvə silahı istehsal etmək məqsədində olmağından şübhələnirlər. İran bildirib ki, nüvə proqramı dinc məqsəd daşıyır.

İsrail dəfələrlə İranın nüvə proqramını dayandırmaq üçün bu ölkənin nüvə obyektlərini bombardman etməklə hədələyib.

BMT Təhlükəsizlik Şurası İranın nüvə proqramını dayandırmaq üçün rəsmi Tehrana qarşı beş qətnamə qəbul edib.

Xəbər lenti

Xəbər lenti