...

Baş nazir Ərdoğan Qəddafini Türkiyəyə səfərə dəvət edib

Dünya xəbərləri Materials 25 Noyabr 2009 11:34 (UTC +04:00)
Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan Liviya lideri Müəmmər Qəddafini Türkiyəyə səfərə dəvət etdiyni bildirib
Baş nazir Ərdoğan Qəddafini Türkiyəyə səfərə dəvət edib

Azərbaycan, Bakı, 25 noyabr / Trend /

Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan Liviya lideri Müəmmər Qəddafini Türkiyəyə səfərə dəvət etdiyni bildirib. O, bu barədə çərşənbə axşamı Liviya paytaxtı Tripolidə keçirilən Türkiyə-Liviya biznes-formunda çıxışı zamanı deyib, Anadolu xəbər verir.

Ərdoğan bəyan edib ki, Türkiyə Afrikadakı səfirliklərinin sayını gələn ilin sonlarında 27-yə çatdırmağa hazırlaşır.

"Biz hesab edirik ki, Liviya bu prosesdə bizi dəstəkləyəcək", - Türkiyənin Baş naziri qeyd edib.

Xəbər lenti

Xəbər lenti