...

Kipr Türkiyənin Aİ-yə daxil olmasına mane ola bilməz – Prezident Gül

Dünya xəbərləri Materials 11 Dekabr 2009 10:56 (UTC +04:00)
Türkiyə Prezidenti Abdulla Gül cümə axşamı bəyan edib ki, Türkiyənin məqsədi Aİ-nin tamhüquqlu üzvü olmaqdır və Kipr bu prosesə mane ola bilməz, Anadolu xəbər verir.
Kipr Türkiyənin Aİ-yə daxil olmasına mane ola bilməz – Prezident Gül

Türkiyə Prezidenti Abdulla Gül cümə axşamı bəyan edib ki, Türkiyənin məqsədi -nin tamhüquqlu üzvü olmaqdır və Kipr bu prosesə mane ola bilməz, Anadolu xəbər verir.

Prezident Gül və Albaniya Prezidenti Bamir Topi Albaniyanın paytaxtı Tiranada birgə mətbuat konfransı keçiriblər.

"Türkiyə hər zaman Albaniyanın yanındadır və onun inkişafına böyük önəm verir", - Gül deyib.

"Türkiyə Albaniyanı regionda öz strateji tərəfdaşı hesab edir. Albaniya da həmçinin Türkiyəyə böyük önəm verir", - o deyib.

Gülün sözlərinə görə, Türkiyə həmçinin Albaniyanın NATO-ya daxil olma prosesini dəstəkləyir.

Prezident Gül bəyan edib ki, Əfqanıstanda türk qoşunlarının sayı 700-dən 1700-dək artırılıb.

"Mən hesab edirəm ki, bütün dünyada sülhə töhfə vermək şərəfli missiyadır", - o deyib.

Xəbər lenti

Xəbər lenti