...

"Partiyalar haqqında" qanuna dəyişikliklər edilməlidir - İranın daxili işlər naziri

Dünya xəbərləri Materials 5 Yanvar 2010 12:38 (UTC +04:00)
İranın daxili işlər naziri Mustafa Məhəmməd Nəccar bildirib ki, inkişaf etməkdə olan ölkələrdə bütün sahələrdə islahatlar aparılmalıdır. "İranın "Partiyalar haqqında" qanununda da islahat aparılmalı və bu qanuna yenidən baxılmalıdır", - Nəccar deyib.
"Partiyalar haqqında" qanuna dəyişikliklər edilməlidir - İranın daxili işlər naziri

İranın daxili işlər naziri Mustafa Məhəmməd Nəccar bildirib ki, inkişaf etməkdə olan ölkələrdə bütün sahələrdə islahatlar aparılmalıdır. "İranın "Partiyalar haqqında" qanununda da islahat aparılmalı və bu qanuna yenidən baxılmalıdır", - Nəccar deyib. Bu barədə Trend İran televiziyasının rəsmi xəbər saytı iribnews-a istinadən məlumat yayıb.

"Partiyalar haqqında" qanun 27 il bundan əvvəl parlamentdə təsdiq olunub və indiyədək bu qanunda heç bir dəyişiklik olmayıb. Hazırda həmin qanunda bir sıra çatışmazlıqlar var və bu çatışmazlıqlar qanuna yenidən baxılması zərurətini yaradır", - Nəccar deyib.

Onun sözlərinə görə, "Partiyalar haqqında" qanunda ekspertlər və mütəxəssislərin dəqiq araşdırmalarına uyğun olaraq islahat aparılmalı və sonra təsdiq üçün parlamentə göndərilməlidir.

Nəccar bildirib ki, ölkədə güclü partiyaların təşkil olunması və fəaliyyəti üçün şərait yaradılmalıdır.

İranın daxili işlər nazirinin siyasi məsələlər üzrə müavini Sulət Murtəzəvi bildirib ki, 1982-ci ildən 2005-ci ilədək İranın Daxili İşlər Nazirliyinin Partiyaların qeydiyyatı komissiyasında 200 siyasi partiya qeydiyyatdan keçib. O qeyd edib ki, Prezident Əhmədinejadın ötən 4 illik prezidentlik dövründə isə 50 siyasi partiyaya fəaliyyət üçün icazə verilib.

Xəbər lenti

Xəbər lenti