...

Aşura günü iğtişaşlar zamanı həbs edilmiş 5 nəfərin məhkəməsi keçiriləcək - Tehran prokurorluğu

Dünya xəbərləri Materials 7 Yanvar 2010 10:51 (UTC +04:00)
Tehran şəhər prokurorluğu məlumat yayaraq bildirib ki, Aşura günü baş vermiş iğtişaşlar zamanı həbs edilmiş 5 nəfərin işi yaxın günlərdə məhkəməyə göndəriləcək və onlar "müharib" ittihamı ilə mühakimə olunacaqlar.
Aşura günü iğtişaşlar zamanı həbs edilmiş 5 nəfərin məhkəməsi keçiriləcək - Tehran prokurorluğu

Tehran şəhər prokurorluğu məlumat yayaraq bildirib ki, Aşura günü baş vermiş iğtişaşlar zamanı həbs edilmiş 5 nəfərin işi yaxın günlərdə məhkəməyə göndəriləcək və onlar "müharib" ittihamı ilə mühakimə olunacaqlar. Bu barədə Trend İranın MEHR xəbər agentliyinə istinadən məlumat yayıb.

Məlumatda bildirilir ki, həbs olmuş şəxslərin barəsində cinayət işi onların etirafları, polisin məruzəsi və araşdırma nəticəsində təkmilləşib və məhkəmə göndərilib. Məlumatda məhkəmənin dəqiq vaxtı açıqlanmayb.

Bundan əvvəl Tehran şəhər baş prokuroru Abbas Cəfəri Dövlətabadi demişdi ki, Aşura günü baş verən iğtişaşlar zamanı cinayət törətmiş şəxs "müharib" hökmündədir və onlarla qanuna uyğun şəkildə davranılacaq.

Allaha, Peygəmbərə və İslam hökumətinə qarşı çıxan şəxs və ya şəxslərə "müharib" (hərb elan etmişlər) deyilir. İran Konstitusiyasının 183-196-cı maddələrində "müharib" və "İslam Hökumətini devirmək" istəyən şəxsə sürgün və edam kimi cəzalar nəzərdə tutulub.

Dekabrın 27-də (Aşura günü) Tehranda müxalifət tərəfdaşları ilə polis arasında qarşıdurma baş verib. Beynəlxalq mətbuatda yayılan şəkillərdən aksiyalarda xalqın polisə hücumu, daşlaması və polis motosikletlərini odun içinə atması görünür. İran polisinin rəsmi xəbər saytında yayılan məlumatda bildirilir ki, 8 nəfər həlak olub, onlardan yeddisi kişi, biri isə qadındır. Onların adları da açıqlanıb. Beynəlxalq agentliklərin yaydığı məlumata əsasən, həmin gün baş verən hadisələrdə 15 nəfər həlak olub, 550-dən çox şəxs isə həbs olunub.

Xəbər lenti

Xəbər lenti