...

İran Parlamentinin sədri pakistanlı həmkarı ilə telefon danışığı aparıb

Dünya xəbərləri Materials 14 Yanvar 2010 12:16 (UTC +04:00)
İran Parlamentinin spikeri Əli Laricani Pakistan Senatının sədri Faruq Naeklə telefon danışığı aparıb.
İran Parlamentinin sədri pakistanlı həmkarı ilə telefon danışığı aparıb

İran Parlamentinin spikeri Əli Laricani Pakistan Senatının sədri Faruq Naeklə telefon danışığı aparıb. Məlumatı İSNA xəbər agentliyi yayıb.

Məlumata əsasən, telefon danışığı zamanı iki ölkə arasında siyasi, iqtisadi və parlamentlərarası əlaqələrin inkişaf etdirilməsinin zəruriliyi vurğulanıb. "Pakistan və İran iki dost, müsəlman və qardaş ölkədir və ölkələr arasında əlaqələr daha da inkişaf etdirilməlidir", - Laricani deyib.

Laricani İran Parlamentinin iki ölkə arasında əlaqələrin inkişafını dəstəklədiyini deyib.

Naek də öz növbəsində, iki ölkə arasında əlaqələrin inkişafı üçün əlindən gələni əsirgəməyəcəyini bildirib. O, iranlı həmkarını Pakistana rəsmi səfərə dəvət edib.

Xəbər lenti

Xəbər lenti