...

Türkiyənin İsraildəki səfiri İstanbula gəlib

Dünya xəbərləri Materials 16 Yanvar 2010 11:45 (UTC +04:00)
Əvvəlcə bildirilmişdi ki, İsrail və Türkiyə arasındakı siyasi qalmaqalda mərkəzi fiqurlardan biri olan Çelikkol Ankaradan Təl-Əvivə qayıtmalı idi.
Türkiyənin İsraildəki səfiri İstanbula gəlib

Türkiyənin İsraildəki səfiri Oğuz Çelikkol İstanbula gəlib. Məlumatı CNN Turk saytı yayıb.

Əvvəlcə bildirilmişdi ki, İsrail və Türkiyə arasındakı siyasi qalmaqalda mərkəzi fiqurlardan biri olan Çelikkol Ankaradan Təl-Əvivə qayıtmalı idi.

Ölkələr arasında diplomatik qalmaqal çərşənbə axşamı İsrailin xarici işlər nazirinin müavini Daniel Ayalonun Türkiyə səfiri Oğuz Çelikkola qarşı təhqiramiz hərəkətinə görə yaranıb.

Türkiyənin İsraildəki səfiri Çelikkol Türkiyə telekanallarında göstərilən və İsraildə yəhudilər əleyhinə qəbul edilən "Kurtlar vadisi" filmi ilə əlaqədar olaraq etiraz bildirilməsi üçün İsrail XİN-ə çağırılmışdı.

Görüş zamanı Ayalon səfirin əlini sıxmaqdan imtina edib, həmçinin Türkiyənin diplomatik idarəsinin rəhbərini xeyli gözləməyə məcbur edib.

Görüş zamanı Ayalon səfirə alçaq kürsü təqdim edib və stol üzərində yalnız İsrail bayrağı olub.

Ayalon xairici diplomatlara qarşı daha diqqətli olacağına söz verərək, öz səhvinə görə artıq üzr istəyib.

Xəbər lenti

Xəbər lenti