...

Əhmədinejadın müşaviri IRNA dövlət agentliyinə baş direktor təyin olunacaq (ƏLAVƏ OLUNUB)

Dünya xəbərləri Materials 22 Yanvar 2010 18:15 (UTC +04:00)
İranın irşad və mədəniyyət naziri Məhəmməd Hüseyni bu gün İranın Fars əyalətində jurnalistlərə bildirib ki, yanvarın 24-də İran Prezidentinin mətbuat üzrə müşaviri Əli Əkbər Cavanfekrin IRNA dövlət informasiya agentliyinə baş direktor təyin olunması haqqında sərəncam imzalanacaq.
Əhmədinejadın müşaviri IRNA dövlət agentliyinə baş direktor təyin olunacaq (ƏLAVƏ OLUNUB)

RED. əlav.: son iki abzas əlavə olunub

İranın irşad və mədəniyyət naziri Məhəmməd Hüseyni bu gün İranın Fars əyalətində jurnalistlərə bildirib ki, yanvarın 24-də İran Prezidentinin mətbuat üzrə müşaviri Əli Əkbər Cavanfekrin IRNA dövlət informasiya agentliyinə baş direktor təyin olunması haqqında sərəncam imzalanacaq və yanvarın 25-də Cavanfekr agentlikdə öz işinə başlaycaq. Məlumatı IRNA agentliyi yayıb.

Bundan əvvəl IRNA dövlət agentliyinin baş direktoru vəzifəsində Məhəmməd Cavad Behdad çalışırdı. Behdad İranın Prezident Aparatının siyasi məsələlər şöbəsinin müdir müavini vəzifəsinə təyin olunub.

Behdad ötən il IRNA dövlət agentliyinə baş direktor seçilmişdi.

Xəbər lenti

Xəbər lenti