İran elektrik enerjisi ilə işləyən "Səmənd" markalı avtomobilin təqdimatını keçirib. Təqdimat mərasimində İran Prezidenti Mahmud Əhmədinejad iştirak edib. Bu barədə İLNA xəbər agentliyi məlumat yayıb.
Elektrik enerjisi ilə işləyən "Səmənd" avtomobili 15 dəqiqə ərzində yenidən elektrik enerjisi ilə yüklənir. Avtomobil saatda 140 kilometr hərəkət edə bilir.
Ümumiyyətlə "Səmənd" markalı avtomobil "İran Xodro" avtomobilqayırma qurupu tərəfindən istehsal olunur. Bu markalı avtomobil hazırda Azərbaycan, MDB-nin digər ölkələri və Asiya ölkələrində satılır.