...

Ermənistan Prezidenti öz administrasiyasının əməkdaşlarına Ermənistan-Türkiyə protokollarını parlamentin ratifikasiyasına göndərməyi tapşırıb

Dünya xəbərləri Materials 10 Fevral 2010 16:12 (UTC +04:00)

Ermənistan Prezidenti Serj Sarkisyan bu gün öz administrasiyasının əməkdaşlarına Ermənistan-Türkiyə protokollarını yaxın günlərdə ölkə parlamentinin ratifikasiyasına göndərmək tapşırığı verib.

Mediamaks-ın xüsusi müxbirinin Londondan bildirdiyi kimi, Ermənistan Prezidenti bu barədə bu gün "Çattem haus" kimi tanınan Kral Beynəlxalq Münasibətlər İnstitutundakı çıxışı zamanı deyib.

Fevralın 9-da Sarkisyan Türkiyə Prezidenti Abdullah Gülün ünvanına müraciətlə çıxış edərək, Ankaranı əldə olunmuş müqaviləyə riayət etməyə çağırıb.

Xəbər lenti

Xəbər lenti