...

Gürcüstan və Türkiyənin sərhədboyu regionlarının başçıları əməkdaşlıq məsələlərini müzakirə ediblər

Dünya xəbərləri Materials 12 Fevral 2010 12:00 (UTC +04:00)
Gürcüstan və Türkiyənin sərhədboyu regionlarının qubernatorları Axaltsxedə əməkdaşlıq məsələlərini müzakirə ediblər. GürcüstanınSamtsxe-Cavaxetiya regionu qubernator Administrasiyasından Trend News-a bildirildiyi kimi, qubernator Laşa Çkadua qonşu Türkiyənin Ərdahan regionunun valisi Mustafa Tekmeni qəbul edib.
Gürcüstan və Türkiyənin sərhədboyu regionlarının başçıları əməkdaşlıq məsələlərini müzakirə ediblər

Gürcüstan, Tbilisi, 12 fevral / Trend , müxbir N.Kirsxaliya/

Gürcüstan və Türkiyənin sərhədboyu regionlarının qubernatorları Axaltsxedə əməkdaşlıq məsələlərini müzakirə ediblər. Gürcüstanın Samtsxe-Cavaxetiya regionu qubernator Administrasiyasından Trend -a bildirildiyi kimi, qubernator Laşa Çkadua qonşu Türkiyənin Ərdahan regionunun valisi Mustafa Tekmeni qəbul edib.

Səfərin məqsədi Samtsxe-Cavaxetiya və Ərdahan regionları arasındakı əməkdaşlığı dərinləşdirməkdən ibarətdir.

Türkiyəli qonaq regionun iqtisadi potensialı ilə maraqlanıb. İşgüzar səfər zamanı tərəflər sərhədboyu regionlar arasında ticari-iqtisadi əlaqələri, həmçinin təhsil, idman və digər sahələrdə əməkdaşlıq məsələlərini müzakirə ediblər.

Türkiyəli qonaq səfər çərçivəsində, müstəqil Axaltsixe universitetində olub. Bu universitetin nəzdindəbir neçə ildir ki, türk dili və ədəbiyyatı kabineti fəaliyyət göstərir və abituriyentlərə elmi və dərs vəsaiti təqdim edilir. Bunlarla yanaşı, Ərdahan valisinin universitet rəhbərliyi ilə birgə təşəbbüsü ilə cari ildən tələbə mübadiləsi proqramı həyata keçiriləcək.

Səfərin sonunda qonaqlar Samtsxe-Cavaxetiya tarixi muzeyində olublar.

Xəbər lenti

Xəbər lenti