...

Böyük Britaniya səfirliyi ABŞ və İsrailin xeyrinə casusluq edir – İran Parlamentinin deputatı

Dünya xəbərləri Materials 16 Fevral 2010 15:27 (UTC +04:00)
Böyük Britaniyanın Tehrandakı səfirliyi ABŞ və İsrail üçün İran haqqında kəşfiyyat məlumatları toplayıb. Bu barədə İran Parlamentinin Xarici siyasət və milli təhlükəsizlik komissiyasının sədr müavini İsmayıl Kövsəri bildirib.
Böyük Britaniya səfirliyi ABŞ və İsrailin xeyrinə casusluq edir – İran Parlamentinin deputatı

Böyük Britaniyanın Tehrandakı səfirliyi ABŞ və İsrail üçün İran haqqında kəşfiyyat məlumatları toplayıb. Bu barədə İran Parlamentinin Xarici siyasət və milli təhlükəsizlik komissiyasının sədr müavini İsmayıl Kövsəri bildirib. Məlumatı Press TV Fars agentliyinə istinadən yayıb.

"ABŞ və sionist rejimi Britaniyanın Tehrandakı səfirliyi vasitəsilə İran haqqında kəşfiyyat məlumatları əldə edib", - Kövsəri deyib.

O əlavə edib ki, Britaniya səfirliyinin İranın daxili işlərinə müdaxiləsi yalnız təhlükəsizlik məsələləri ilə məhdudlaşmır, səfirlik həmçinin siyasi məsələlərə də müdaxilə edir.

"Belə görünür ki, Böyük Britaniya İranın daxili işlərinə müdaxilə edir", - Kövsəri deyib. O, həmçinin əlavə edib ki, Britaniya hökuməti ilə əlaqələrin məhdudlaşdırılması İranın maraqlarındadır.

Kövsəri onu da bildirib ki, parlament əsas etibarilə sonuncu prezident seçkilərindən sonra ölkədə baş verən qarışıqlığa "yersiz müdaxilə"yə görə İranın Böyük Britaniya ilə siyasi, diplomatik, iqtisadi və mədəni əlaqələrinin məhdudlaşdırılması barədə "qəti qərar" qəbul edib.

İran-Britaniya münasibətlərindəki gərginlik İranın Böyük Britaniyanı iyunda keçirilən prezident seçkilərindən sonra yaranan qarşıqlığa müdaxilədə təqsirləndirməsindən sonra baş verib.

Xəbər lenti

Xəbər lenti