...

Əfqanıstanın Nazirlər Şurası Nato qüvvələrinin dinc sakinləri öldürməsini ciddi tənqid edib

Dünya xəbərləri Materials 22 Fevral 2010 13:21 (UTC +04:00)
Əfqanıstanın Nazirlər Şurası ölkənin Daykəndi əyalətinin Gəçəran şəhərində Nato qüvvələri tərəfindən dinc əhalinin öldürülməsini ciddi tənqid edərək bu kimi hərəkətlərin bağışlanılmaz olduğunu bildiriblər. Bu barədə Trend News Əfqanıstanın Prezident Aparatının mətbuat xidmətinə istinadən məlumat yayır.
Əfqanıstanın Nazirlər Şurası Nato qüvvələrinin dinc sakinləri öldürməsini ciddi tənqid edib

Azərbaycan, Bakı, 22 fevral / Trend /

Əfqanıstanın Nazirlər Şurası ölkənin Daykəndi əyalətinin Gəçəran şəhərində Nato qüvvələri tərəfindən dinc əhalinin öldürülməsini ciddi tənqid edərək bu kimi hərəkətlərin bağışlanılmaz olduğunu bildiriblər. Bu barədə Trend Əfqanıstanın Prezident Aparatının mətbuat xidmətinə istinadən məlumat yayır.

Nato Hava Qüvvələri ötən gün Daykəndi əyalətinin Gəçəran şəhərindən Qəndəhar şəhərinə hərəkət edən üç sərnişin daşıyan avtobusa hücum edib. Həmin hadisə nəticəsində 33 nəfər ölüb ki, onlardan dördü qadın və biri uşaqdır, 12 nəfər isə yaralanıb.

Əfqanıstanın Nazirlər Şurası Nato qüvvələri tərəfindən bu kimi hərəkətlərin baş verməsinin yolverilməz olduğunu bildirib. Onlar Nato rəhbərliyindən əməliyyatlar apararkan diqqətlə araşdırma aparmağı, əməliyyatları Əfqanıstan Təhlükəsizlik Qüvvələri ilə razılaşdırmağı tələb ediblər.

Xəbər lenti

Xəbər lenti