...

Türkiyədə 18 hərbçi həbs edilib

Dünya xəbərləri Materials 26 Fevral 2010 18:00 (UTC +04:00)
Türkiyədə hərbi çevrilişə cəhddə təqsirləndirilən 18 hərbi qulluqçu həbs edilib. Bu barədə CNN Turk saytı yazır.
Türkiyədə 18 hərbçi həbs edilib

Türkiyədə hərbi çevrilişə cəhddə təqsirləndirilən 18 hərbi qulluqçu həbs edilib. Bu barədə CNN Turk saytı yazır.

Türkiyənin iqtidaryönlü "TARAF" qəzetinin iddiasına görə, Türkiyə Silahlı Qüvvələri ölkə hakimiyyətini devirmək üçün "Balyoz" (Gürz) adlı xüsusi plan hazırlayıb. Hazırlanan plana əsasən, İstanbuldakı "Fatih Camisi" və "Bəyazid" məscidlərini cümə namazı zamanı partlatdıqdan, ölkənin hərbi muzeyinə hücum təşkil etdikdən, Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus bir neçə qırıcı təyyarəni partladaraq bunu yunan tərəfinin üzərinə atdıqdan sonra Türkiyə Silahlı Qüvvələri ölkədə yaranacaq xaosdan istifadə edərək hakimiyyəti devirəcəkdi. Qəzetin iddiasına görə, planın hazırlanmasında və həyata keçirilməsində Türkiyə Silahlı Qüvvələrinin sabiq generalı Çetin Doğanın imzası var və plan 2002-2003-cü illərdə hazırlanıb. İddiaya görə, Türkiyədə hərbi çevrilişdən sonra kütləvi həbslər başlanmalı idi.

Qəzet bildirib ki, sənədin müəllifləri Baş nazir Rəcəb Tayyib Ərdoğan hakimiyyətini devirmək məqsədi ilə təşkil edilən "Ergenekon" planında iştirakda günahlandırılan keçmiş yüksəkvəzifəli hərbçilərdir. İşə təxminən 200 nəfər siyasi və ictimai xadimlər, jurnalistlər, vəkillər, ali təhsil müəssisələrinin müəllimləri, istefada və fəaliyyətdə olan hərbçilər və polislər saxildir.

Xəbər lenti

Xəbər lenti