...

ABŞ Konqresi komitəsinin qərarından Türkiyə əziyyət çəkməyəcək - Türkiyənin Baş naziri

Dünya xəbərləri Materials 6 Mart 2010 14:18 (UTC +04:00)
Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan hakim Ədalət və İnkişaf Partiyasının keçirdiyi toplantıda ABŞ Konqresinin Xarici əlaqələr komitəsinin "erməni soyqırımı"nı qəbul etməsi nəticəsində Ankaranın əziyyət çəkməyəcəyini bildirib.
ABŞ Konqresi komitəsinin qərarından Türkiyə əziyyət çəkməyəcək -  Türkiyənin Baş naziri

Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan hakim Ədalət və İnkişaf Partiyasının keçirdiyi toplantıda ABŞ Konqresinin Xarici əlaqələr komitəsinin "erməni soyqırımı"nı qəbul etməsi nəticəsində Ankaranın əziyyət çəkməyəcəyini bildirib. Məlumatı Türkiyənin CNN Turk telekanalı yayıb.

"ABŞ Konqresi komitəsinin qərarından Türkiyə əziyyət çəkməyəcək", - Ərdoğan deyib.

Baş nazir onu da bildirib ki, Konqresdə bir komediya hazırlanmışdı və orada olan konqresmenlərin heç biri Osmanlı tarixi ilə bağlı məlumatlı deyil.

"Türkiyə demokratik və hüquqi dövlətdir. ABŞ Parlamentinin qərarı Türkiyəyə əsla təsir edə bilməz", - Ərdoğan əlavə edib.

Xəbər lenti

Xəbər lenti