Azərbaycan, Bakı, 23 mart / Trend , müxbir S.Süleymanov/
Bu gün Qazaxıstanın dövlət katibi - xarici işlər naziri Kanat Saudabayevin Yaponiyaya rəsmi səfəri başlayıb. Bu barədə Qazaxıstan XİN-in mətbuat katibi İlyas Ömərov Trend -a bildirib.
"Səfər zamanı Yaponiya şahzadəsi Naruhito Kotaişi, Baş nazir Yukio Hatoyama, xarici işlər naziri Kasuya Okada, bəzi nazirliklərin rəhbərləri, parlament palatasının spikeri ilə danışıqlar planlaşdırılır", - Ömərov deyib.
Onun sözlərinə görə, səfər çərçivəsində Saudabayev BMT-nin silahsızlaşdırma üzrə "Niiqatadan bütün dünyaya: nüvə silahından azad bir dünyanın yaradılmasına istiqamətlənmiş qərar və fəaliyyətlərin təsdiqlənməsi" konfransında xüsusi məruzə ilə çıxış edəcək.
Səfər martın 26-dək davam edəcək.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]