...

Ölkədə sabitlik prezident seçkilərinə etiraz edənlərlə mülayim davranmaqla təmin oluna bilər - Rəfsəncani

Dünya xəbərləri Materials 23 Mart 2010 15:55 (UTC +04:00)
İranın eks-prezidenti Əli Əkbər Haşimi Rəfsəncani bildirib ki, ölkədə sabitlik və asayiş həbsdə olan müxalifət nümayəndələrinin azadlığa buraxılması və onlara dəyən maddi-mənəvi ziyanın qaytarılması ilə təmin oluna bilər.
Ölkədə sabitlik prezident seçkilərinə etiraz edənlərlə mülayim davranmaqla təmin oluna bilər - Rəfsəncani

İranın eks-prezidenti Əli Əkbər Haşimi Rəfsəncani bildirib ki, ölkədə sabitlik və asayiş həbsdə olan müxalifət nümayəndələrinin azadlığa buraxılması və onlara dəyən maddi-mənəvi ziyanın qaytarılması ilə təmin oluna bilər. Məlumatı ILNA agentliyi yayıb. Rəfsəncani bildirib ki,

"Hakimiyyət etirazçılarla "İslami davranış və güzəşt"lə rəftar etsə, müxalifət hakimiyyətə və rejimə özünü daha yaxın hiss edər və ölkənin problemlərinin həllində hakimiyyətlə əməkdaşlıq edər", - Rəfsəncani deyib.

Trend -un arayışı: İranda ötən il iyunun 12-də keçirilən prezident seçkilərində Mahmud Əhmədinejad qalib elan olunub. Müxalifət düşərgəsindən olan islahatçılar prezident seçkilərində geniş saxtakarlığa yol verildiyini elan edərək, seçkilərin nəticəsini tanımaqdan imtina ediblər. İran İslam İnqilabından sonra analoqu görünməmiş aksiyalarda milyonlarla insan prezident seçkilərinə qarşı etiraz aksiyaları keçirib. Aksiyalarda onlarla etirazçı həlak olub və yüzlərlə müxalifət rəhbərləri, jurnalistlər və sabiq rəsmilər həbs olunublar.

İranın Ali Məsləhət Şurasının rəhbəri Rəfsəncani hazırkı vəziyyətin tezliklə bitəcəyinə ümid edib.

Xəbər lenti

Xəbər lenti