...

ABŞ Konqresi və İsveç Parlamenti hansı əsaslarla qətnamə qəbul edib? – Türkiyənin Baş naziri

Dünya xəbərləri Materials 31 Mart 2010 20:10 (UTC +04:00)
Əgər 1915-ci il hadisələrinin soyqırım olub olmamasını təsdiq edən rəsmi sənəd və faktlar yoxdursa, o zaman ABŞ Konqresi və İsveç Parlamenti hansı əsaslarla qondarma "erməni soyqırımı" haqqında qətnamə qəbul edib?
ABŞ Konqresi və İsveç Parlamenti hansı əsaslarla qətnamə qəbul edib? – Türkiyənin Baş naziri

Əgər 1915-ci il hadisələrinin soyqırım olub olmamasını təsdiq edən rəsmi sənəd və faktlar yoxdursa, o zaman ABŞ Konqresi və İsveç Parlamenti hansı əsaslarla qondarma "erməni soyqırımı" haqqında qətnamə qəbul edib? Bu cür bəyənatla Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan çıxış edib. Məlumatı Cihan agentliyi yayıb. "1915-ci il hadisələrinə aid dəlil və izahlar, obyektiv elmi araşdırmalar varmı? Xeyr, onda bəs nə üçün bu adamlar (İsveç parlamentariləri və konqresmenlər) qətnamə qəbul ediblər?" - Türkiyənin Baş naziri soruşur.

ABŞ Konqresində "erməni soyqırımı" haqqında qərar qəbul edildikdən bir həftə sonra, İsveç Parlamenti də bir səs çoxluğu ilə qondarma "soyqırım"ı tanıyan sənədi təqdir edib.

Etiraz əlaməti olaraq Türkiyə öz səfirlərini Vaşinqton və Stokholmdan geri çağırıb.

Böyük Britaniyanın Lordlar Palatası"erməni soyqırımı" haqqında qətnamənin qəbul edilməsindən və 1915-ci il hadisələrini "soyqırım" kimi tanımaqdan imtina edib.

Ermənistan və erməni lobbisi bildirir ki, Türkiyənin sələfi - Osmanlı İmperiyası 1915-ci ildə Anadoluda yaşayan ermənilərə qarşı soyqırım həyata keçirib. Bu faktın bütün dünyada tanınmasını istəyən ermənilər dünya ölkələrində "soyqırım" təbliğatını gücləndirərək onun bəzi dövlətlərin parlamentləri tərəfindən tanınmasına nail olublar.

Xəbər lenti

Xəbər lenti