...

Vaşinqtona səfər barədə qərar cümə günü qəbul ediləcək – Türkiyənin Baş naziri

Dünya xəbərləri Materials 1 Aprel 2010 17:55 (UTC +04:00)

Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan bildirib ki, onun ABŞ-a gedib getməyəcəyi barədə qərar cümə günü - aprelin 2-də açıqlanacaq. Məlumatı CNN Turk telekanalı yayıb.

Türkiyə hökuməti başçısının səfəri aprelin 11-nə planlaşdırılmışdı, lakin ABŞ Konqresi Nümayəndələr Palatasının Xarici əlaqələr komitəsinin qondarma "erməni soyqırımı" haqqında qətnaməni qəbul etməsindən sonra səfər təxirə salınıb.

Etiraz əlaməti olaraq Türkiyə öz səfiri Namiq Tanı Vaşinqtondan geri çağırıb.

Türkiyənin Baş naziri Vaşinqtonda təşkil olunacaq nüvə təhlükəsizliyi iclasının işində iştirak etməlidir.

Xəbər lenti

Xəbər lenti