Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan cümə günü Ankarada İslam Konfransı Təşkilatının baş katibi Ekmələddin İhsanoğlunu qəbul edib. Məlumatı Anadolu informasiya agentliyi yayıb.
Bir saat davam edən görüş Ədalət və İnkişaf Partiyasının mənzil-qərargahında baş tutub.
Görüşdə Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu da iştirak edib.
İslam Konfransı Təşkilatının baş katibi cümə axşamı parlamentin spikeri Məhmət Əli Şahin və dövlət naziri, baş nazirin müavini Bülənt Arınçla görüşmüşdü.