"Buşəhr" AES-də cümə axşamı çox vacib sınaq keçiriləcək. Bunu elektrik stansiyasının direktoru Mahmud Cəfəri deyib. Məlumatı İran telenalının "iribnews" rəsmi saytı yayıb.
"Stansiyada yüksək temperaturda bütün avadanlıqlar sınaqdan keçiriləcək", - Cəfəri bildirib.
"Buşəhr" AES İranda Rusiyanın köməyi ilə inşa edilən və 1000 meqavat gücə malik ilk atom elektrik stansiyasıdır.