Azərbaycan, Bakı, 13 aprel /Trend, müxbir A.Axundov/
Türkiyə Prezidenti Abdullah Gül bazar ertəsi Muskatda Oman sultanı Kabus Ben Səid ilə görüşüb. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.
Görüşdə Türkiyənin kənd təsərrüfatı naziri Mehdi Eker de iştirak edib.
Bazar ertəsi Abdulla Gülün Omana üçgünlük səfəri başlayıb.
Səfər zamanı Gülün çoxsaylı ikitərəfli görüşlər keçirəcəyi gözlənilir. Abdullah Gül, həmçinin, Türkiyə - Oman işgüzar forumunda iştirak edəcək. Bu barədə TRT-nin rus xidməti məlumat yayıb.