Bazar günü tanınmamış Şimali Kipr Türk Respublikasına prezident seçkilərində Baş nazir Dərviş Əroğlu Mehmət Əli Tələti qabaqlayaraq qələbə qazanıb. Bu barədə Türkiyə KİV yazır.
MSK-nın ilkin məlumatlarına görə, Əroğlu 50,3 səs toplayıb.
Dərviş Əroğlu Kiprdə münaqişənin nizamlanmasına dair danışıqlarda kəskin xəttin tərəfdarıdır, halbuki Tələt adanın yunan və türk hissələrinin birləşməsinə tərəfdardır.
Kipr 1974-cü ildən bölünmüş qalır. O zaman türk qoşunları Kiprin Yunanıstana birləşdirilməsi məqsədilə yunanlar tərəfindən təşkil edilmiş çevrilişdən sonra adanın şimal hissəsini işğal ediblər.
Nəticələr elan olunduqdan sonra Əroğlu bildirib ki, Kipr probleminin nizamlanması üzrə danışıqlar Türkiyə ilə qarşılıqlı fəaliyyət şəklində aparılacaq, - NTV teleşirkəti bildirib.
Kipr problemi Türkiyə və Aİ arasında danışıqlar prosesində əsas maneədir. Ankara dəfələrlə bildirib ki, Şimali Kiprin beynəlxalq izolyasiyasına son qoyulmayana kimi, 2005-ci ildə imzalanmış Gömrük İttifaqına əlavə protokolda nəzərdə tutulduğu kimi öz dəniz və hava limanlarını Kipr Respublikasına açmayacaq.
Həmçinin, Türkiyə bölünmüş ada problemi həll olunmayana kimi Aİ üzvü olan Kipr Respublikasını tanımaqdan imtina edir.