...

Somali sahillərində piratlar İranın neftdaşıyan gəmisini oğurlamağa cəhd edib

Dünya xəbərləri Materials 23 Aprel 2010 10:21 (UTC +04:00)

Ədən körfəzi və Somali sahillərində İran gəmilərinin təhlükəsizliyini təmin etmək məqsədilə göndərilmiş İranın Hərbi Dəniz Qüvvələrinin gəmisi Somali sahillərində İranın neftdaşıyan gəmisinə piratların hücumunun qarşısını alıb. Bu barədə Trend İranın İSNA xəbər agentliyinə istinadən məlumat yayıb.

Məlumatda bildirilir ki, İranın neftdaşıyan gəmisi Misir limanına tərəf hərəkət edərkən, Somali piratlarının hücumuna məruz qalıb və İran Hərbi Dəniz Qüvvələrinin müdaxiləsi ilə piratların gəmini oğurlamaq cəhdləri baş tutmayıb. Gəmidə 300 min ton xam neft məhsulu olub və gəmi hazırda Misirə tərəf hərəkət edir.

Aprel ayının əvvəlində də İranın digər bir neftdaşıyan gəmisi Türkiyəyə gedərkən, piratların hücumuna məruz qalmışdı və İran HDQ-nin müdaxiləsi ilə hücumun qarşısı alınmışdı.

Xəbər lenti

Xəbər lenti