...

Rusiya Dağlıq Qarabağ nizamlanmasında İranın kömək göstərmək təklifinin əleyhinə deyil

Dünya xəbərləri Materials 30 Aprel 2010 15:18 (UTC +04:00)

Rusiya İranın Azərbaycan, Ermənistan və İranın xarici işlər nazirlərinin Dağlıq Qarabağın nizamlanmasına dair görüşməsi təklifinin əleyhinə deyil. RİA Novosti-nin verdiyi xəbərə görə, bunu Rusiya Federasiyası XİN-in rəsmi nümayəndəsi Andrey Nesterenko Moskvada brifinq zamanı bildirib.

"Biz bu cür görüşün keçirilməsi əleyhinə deyilik. Bu cür görüş baş tutarsa, ondan nəticə gözləmək lazım gələcək və o zaman İranın Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında vasitəçilik imkanları barədə danışmaq olar", - Nesterenko İranın Dağlıq Qarabağ münaqişəsində vasitəçilik etmək barədə təklifini şərh edərək deyib.

Nesterenko vurğulayıb ki, hazırkı mərhələdə İranın Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında vasitəçilik etmək barədə təklifi yalnız bu cür üçtərəfli danışıqlar keçirməyə aiddir.

Nesterenko həmçinin bildirib ki, Türkiyənin Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair ATƏT-İN Minsk qrupunun tərkibinə daxil edilməsi ilə bağlı Azərbaycan tərəfindən heç bir rəsmi təklif almayıb.

"ATƏT-in Minsk Qrupunun həmsədr ölkələrindən biri kimi, Rusiyaya bu cür təklif olmuş olsa belə, daxil olmayıb. İstənilən halda bu danışıqların praktik müstəvidə aparılması üçün ən azından bütün münaqişə tərəflərinin razılığı olmalıdır. Ermənistan - Türkiyə münasibətlərinin normallaşması haqqında protokolların ratifikasiyası məsələsinin dayandırıldığını nəzərə alsaq, bu cür razilaşmanı çətin gözləmək olar", - diplomat Moskvadakı brifinqdə deyib.

Xəbər lenti

Xəbər lenti