...

İranın sabiq rabitə nazirinə silahlı hücum olub

Dünya xəbərləri Materials 3 May 2010 15:15 (UTC +04:00)
Bu gün səhər İranın sabiq rabitə naziri Əhməd Mötəmədiyə qarşı iş yerində naməlum şəxs tərəfindən silahlı hücum olub.
İranın sabiq rabitə nazirinə silahlı hücum olub

Bu gün səhər İranın sabiq rabitə naziri Əhməd Mötəmədiyə qarşı iş yerində naməlum şəxs tərəfindən silahlı hücum olub. Bu barədə Trend İranın MEHR xəbər agentliyinə istinadən məlumat yayıb.

Məlumata əsasən, Mötəmədi Tehranın Əmir Kəbir Universitetində öz iş otağında naməlum şəxs tərəfindən bıçaqlanıb. Mötəmədi xəstəxanaya çatdırılıb. Hazırda onun vəziyyətinin qənaətbəxş olduğu bildirilir. Keçmiş nazirin yaxınlarının açıqlamasına əsasən, nazirə hücum edən şəxs həbs olunub və onun barəsində cinayət işi açılıb.

Mötəmədi İranın sabiq prezidenti Məhəmməd Xatəminin prezidentlik dövründə rabitə naziri vəzifəsində çalışıb.

Xəbər lenti

Xəbər lenti