...

Təyyarə Tripoli aeroportunda qəzaya uğrayıb, 105 nəfər həlak olub

Dünya xəbərləri Materials 12 May 2010 13:13 (UTC +04:00)
Təyyarə Liviyanın paytaxtı Tripolidə qəzaya uğrayıb - 105 nəfər həlak olub. Bu barədə "Frans Press" agentliyi ölkənin güc strukturlarına istinadən məlumat verib.
Təyyarə Tripoli aeroportunda qəzaya uğrayıb, 105 nəfər həlak olub

Trend-i buradan izləyin

Təyyarə Liviyanın paytaxtı Tripolidə qəzaya uğrayıb - 105 nəfər həlak olub. Bu barədə "Frans Press" agentliyi ölkənin güc strukturlarına istinadən məlumat verib.

Liviyanın "Al Afriqiyah" aviaşirkətinə məxsus təyyarə Cənubi Afrikanın İohannesburq şəhərindən qayıdarkən yerə enən zaman parçalanıb.

Hava gəmisinin hansı tipdən olması barədə məlumat verilmir, - "RİA-Novosti" yazır.

Güc strukturlarındakı mənbənin "Frans-Press" agentliyinə verdiyi məlumata görə, təyyarənin qəzaya uğradığı yerdə 94 sərnişinin və 11 ekipaj üzvünün cəsədi aşkar edilib.

"Təyyarənin göyərtəsində olan 94 sərnişin və 11 ekipaj üzvü həlak olub", -a gentlik Tripoli aeroportunun təhlükəsizlik xidməti əməkdaşının sözlərini sitat gətirir. Onun sözlərinə görə, faciə yerli vaxtla səhər saat 6:00 radələrində baş verib.

Hadisənin baş verdiyi şərait araşdırılır.

Xəbər lenti

Xəbər lenti