...

Türkiyə XİN rəhbəri ilə ABŞ dövlət katibi arasında telefon danışığı olub

Dünya xəbərləri Materials 14 May 2010 10:21 (UTC +04:00)
Cümə axşamı Türkiyə XİN rəhbəri Əhməd Davudoğlu ilə ABŞ dövlət katibi Hillari Klinton arasında telefon danışığı olub. Bu barədə "Anadolu" agentliyi məlumat verib.
Türkiyə XİN rəhbəri ilə ABŞ dövlət katibi arasında telefon danışığı olub

Cümə axşamı Türkiyə XİN rəhbəri Əhməd Davudoğlu ilə ABŞ dövlət katibi Hillari Klinton arasında telefon danışığı olub. Bu barədə "Anadolu" agentliyi məlumat verib.

Söhbət zamanı İranın nüvə proqramı müzakirə olunub. Davudoğlu uranın mübadiləsi ilə bağlı özünün İran hakimiyyəti ilə apardığı danışıqlar barədə dövlət katibini məlumatlandırıb. Klinton və Davudoğlu bu məsələdə Türkiyənin səyləri ilə bağlı müzakirələrin davam etdirilməsi barədə razılığa gəliblər.

Söhbətin mövzuları arasında RF Prezidenti Dmitri Medvedevin bu günlərdə Türkiyəyə səfəri, seçkilərdən sonra İraqdakı vəziyyət, Azərbaycan, Qafqazdakı vəziyyət, Kipr və energetika məsələləri də olub.

Xəbər lenti

Xəbər lenti