Tehranda keçiriləcək G15 sammitində 10 ölkənin prezident və vitse-prezidentlər səviyyəsində iştirakı bu iclas üçün çox mühüm əlamətdir. Bu barədə İranın xarici işlər naziri Mənuçöhr Müttəki cümə günü Tehranda beynəlxalq kitab yarmarkasının kuluarlarında jurnalistlərə bildirib. Məlumatı IRNA agentliyi yayıb.
Rusiya və ABŞ prezidentlərinin telefon danışığında İrana qarşı sanksiyaların gündəlikdə olmasının vacibliyinin qeyd edilməsi barədə Müttəki deyib ki, Tehran İranın nüvə proqramı ilə bağlı danışıqlar aparan tərəflərə zəruri tövsiyələr təqdim edib.
O əlavə edib ki, "sanksiyalar hörmətli, məşhur siyasətçi və ekspertlərin yeganə düzgün qərarı kimi baxılmalı olmayan dağıdıcı strategiyadır".
"Ümid edirəm ki, tərəflər reallıqlara söykənəcəklər, doğru və razılaşdırılmış yol seçəcəklər", - Müttəki birtərəfli münasibətlərin uğursuz siyasət olduğunu əlavə edib.
"Səhv seçim - heç yerə aparmayan yoldur", - o deyib.