...

Türkiyədə israilli idmançılara hücum olunub

Dünya xəbərləri Materials 31 May 2010 14:54 (UTC +04:00)
Türkiyənin Tekirdağ şəhərində keçirilən beynəlxalq velosiped turniri zamanı bir qrup türk nümayişçisi Fələstin bayrağını qaldıraraq, israilli idmançılara hücum edib. Bu barədə Anadolu agentliyi məlumat yayıb.
Türkiyədə israilli idmançılara hücum olunub

Türkiyənin Tekirdağ şəhərində keçirilən beynəlxalq velosiped turniri zamanı bir qrup türk nümayişçisi Fələstin bayrağını qaldıraraq, israilli idmançılara hücum edib. Bu barədə Anadolu agentliyi məlumat yayıb.

Bazar ertəsinə keçən gecə İsrail HDQ mühasirədə olan Qəzza sektoruna humanitar yük daşıyan beynəlxalq donanmanın gəmilərinə hücum edib.

Dəqiqləşdirilmiş məlumatlara görə, İsrail xüsusi xidmət əməkdaşlarının hücumu nəticəsində 19 nəfər həlak olub və onlarca adam yaralanıb. Bu barədə RBK məlumat yayıb.

İsrail tərəfdən altı əsgər xəsarət alıb.

Şahidlərin sözlərinə görə, atışma kommandosların mühasirəyə alınmış regiona tərəf istiqamət götürmüş altı gəmidən ibarət donanmaya rəhbərlik edən türk gəmisinin göyərtəsinə düşmələrindən sonra başlayıb. Bu barədə Sky News telekanalı məlumat verib.

Türkiyə XİN başçısı israillilərin humanitar missiyaya hücumunu pisləyib. "Biz İsrailin belə qeyri-insani hərəkətlərini qətiyyətlə pisləyirik", - Türkiyə XİN-in bəyanatında deyilir.

Ankarada bugünkü "yolverilməz" insidentin "düzəldilməsi mümkün olmayan nəticələri" barədə də bəyan ediblər.

Türkiyə paytaxtında İsrail səfirliyinin binası qarşısında kütləvi mitinq keçirilir. Yüzlərlə nümayişçi öz narazılığını bildirmək üçün küçələrə çıxıb. Mitinq zamanı İsrail bayrağı yandırılıb.

"Azadlıq donanması"nın tərkibinə 6 gəmi daxildir. Onlar mühasirədə olan Qəzzaya, ən azı, 600 hüquq müdafiəçisi və 10 min ton humanitar yük daşıyıblar. İsrail bundan əvvəl də karvanı hədələmişdi. O, gəmiləri yedəyə alaraq, öz limanlarından birinə gətirəcəyini və səfər iştirakçılarını deportasiya edəcəyini açıqlayaraq, Qəzza sektoruna yaxınlaşmağı qadağan etmişdi.

Xəbər lenti

Xəbər lenti