...

Türkiyə başqa ölkələrlə düşmənçilik etməyib və etməyəcək – Baş nazir

Dünya xəbərləri Materials 3 İyun 2010 14:24 (UTC +04:00)
Türkiyə xalqı və hökuməti başqa ölkələrlə heç vaxt düşmənçilik etməyib və etməyəcək. Bu barədə Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan Qəzza sektoruna humanitar yardım aparan "Azadlıq donanması" beynəlxalq karvanındakı türk hüquq müdafiəçilərinin öldürülməsi ətrafındakı son hadisələri şərh edərkən bildirib. Bu barədə CNN Turk telekanalı məlumat verib.
Türkiyə başqa ölkələrlə düşmənçilik etməyib və etməyəcək – Baş nazir

Türkiyə xalqı və hökuməti başqa ölkələrlə heç vaxt düşmənçilik etməyib və etməyəcək. Bu barədə Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan Qəzza sektoruna humanitar yardım aparan "Azadlıq donanması" beynəlxalq karvanındakı türk hüquq müdafiəçilərinin öldürülməsi ətrafındakı son hadisələri şərh edərkən bildirib. Bu barədə CNN Turk telekanalı məlumat verib.

Ərdoğan növbəti dəfə İsraili cinayət törətməkdə və beynəlxalq hüquq normalarını kobud şəkildə pozmaqda ittiham edib.

Cümə axşamı səhər İstanbuldakı meyitxanalarda "Azad Qəzza" hərəkatının doqquz fəalının cəsədinin tanınmasına başlanılıb. Onlar İsrail hərbçilərinin "Azadlıq donanması"na hücumu zamanı həlak olublar. Bu barədə "Associated Press" agentliyi humanitar missiyanın hazırlanması təşəbbüsü ilə çıxış edən islam xeyriyyə təşkilatları nümayəndələrinə istinadən məlumat verib.

Xəbər verildiyi kimi, ən azı, dörd türk vətəndaşı həlak olub; ölənlərdən beşinin dövlət mənsubiyyətini müəyyən etmək lazımdır. Bu barədə РБК agentliyi yazır.

Səhər tezdən içərisində "Azadlıq donanması"nın fəalları olan təyyarələr Ankara Hava Limanında yerə enib. Türkiyə ərazisinə bu ölkənin 400 vətəndaşı, 37 nəfər isə Birləşmiş Krallığın təbəələri gətirilib. Bundan başqa, İsrail hərbçiləriin öldürdükləri 9 fəalın cəsədi də ölkəyə gətirilib. Humanitar missiyanın iştirakçılarının olduğu daha bir təyyarə isə Yunanıstanda yerə enib.

Xəbər lenti

Xəbər lenti