Ölkə sərhədlərinə tam nəzarət etmək üçün 3,4 milyard dollar sərmayəyə ehtiyac var. Bunu İran İslam Respublikası Sərhəd Qoşunlarının komandiri, general Hüseyn Zülfüqari deyib. Bu barədə İranın Polis xəbər saytı məlumat verir.
"Hazırda İran polisi ölkənin 60 faiz sərhədlərini tam nəzarətdə saxlayır və qalan 40 faiz sərhədə nəzarət etməyi təmin etmək üçün 3,4 milyard dollar sərmayə yatırmaq lazımdır", - deyə Zülfüqari İranın Qərbi Azərbaycan əyalətinin sərhəd komandirləri ilə görüşündə deyib.
Onun sözlərinə görə, İranın şərq, şimal-qərb və qərb sərhədləri İranın Sərhəd Komandanlığının diqqət mərkəzindədir.