...

Əhmədinejad İsrailə qarşı qəti tədbirlər görməyə çağırır

Dünya xəbərləri Materials 4 İyun 2010 12:28 (UTC +04:00)

Suriya Prezidenti Bəşər əl-Əsədlə telefon danışıqları zamanı İran Prezidenti Mahmud Əhmədinejad İsrailin fəaliyyət planlarına qarşı ciddi beynəlxalq tədbirlər görülməsinin zəruriliyini vurğulayıb, - məlumatı Press TV yayıb.

Əhmədinejad, həmçinin, humanitar yardım missiyasını yerinə yetirən donanmanın üzərinə hücum əməliyyatlarını da mühakimə edib.

İsrail xüsusitəyinatlıları bazar ertəsinə keçən gecə 6 gəmidən ibarət "Azadlıq donanması"nın ələ keçirilməsi üzrə əməliyyat həyata keçirib. Gəmilərdə humanitar yüklə yanaşı, blokada altında olan Fələstin anklavına gedən 600 hüquq müdafiəçisi olub. Onların əksəriyyəti Türkiyə vətəndaşı olub. Dünya KİV-in məlumatına görə, əməliyyat zamanı 19 nəfər həlak olub, israillilər isə 10 nəfərin öldüyünü təsdiqləyir.

Xəbər lenti

Xəbər lenti