...

İranda martın 18-dən indiyədək narkotik qaçaqmalçılığına görə 41 min nəfər həbs edilib

Dünya xəbərləri Materials 7 İyun 2010 17:21 (UTC +04:00)
İran polisi narkotik maddələrin yayılması ilə irimiqyaslı mübarizə aparır. Mübarizə çərçivəsində bu il martın 18-dən başlayaraq 41 min nəfər həbs olunub.
İranda martın 18-dən indiyədək narkotik qaçaqmalçılığına görə 41 min nəfər həbs edilib

İran polisi narkotik maddələrin yayılması ilə irimiqyaslı mübarizə aparır. Mübarizə çərçivəsində bu il martın 18-dən başlayaraq 41 min nəfər həbs olunub. Bunu Narkotik maddələrlə mübarizə şöbəsinin rəhbəri general Həmidrza Hüseynabadi deyib. Məlumatı MEHR informasiya agentliyi yayıb.

O əlavə edib ki, son iki həftə ərzində İranda 700 narkotik istifadəçisi həbs olunub.

BMT-nin 2010-cu il üzrə məlumatlarına görə, İran narkotiklərin qəbulu üzrə birinci yeri tutur.

Xəbər lenti

Xəbər lenti