...

Türkiyə İsrail qarşısında dörd tələb qoyub - agentlik

Dünya xəbərləri Materials 17 İyun 2010 08:41 (UTC +04:00)
Türkiyə "Azadlıq donanması" beynəlxalq dəniz konvoyuna israilli hərbçilərin etdiyi hücumla bağlı İsraildən dörd tələbin qarşılanmasını gözləyir. Bu barədə diplomatik mənbələrə istinadən Anadolu Agentliyi xəbər verir.
Türkiyə İsrail qarşısında dörd tələb qoyub - agentlik

Türkiyə "Azadlıq donanması" beynəlxalq dəniz konvoyuna israilli hərbçilərin etdiyi hücumla bağlı İsraildən dörd tələbin qarşılanmasını gözləyir. Bu barədə diplomatik mənbələrə istinadən Anadolu Agentliyi xəbər verir.

Məlumata görə, tələblər İsrailin üzr istəməsi, beynəlxalq araşdırmanın keçirilməsi, kompensasiyanın ödəməsi və gəmilərin qaytarılmasından ibarətdir.

Türkiyə ilə İsrail arasında münasibətlər mayın 31-də İsrail hərbi qüvvələrinin Qəzza bölgəsinə humanitar yardım aparan "Azadlıq donanması"na etdikləri basqından sonra kəskin şəkildə pisləşib. Basqın nəticəsində 9 nəfər, o cümlədən, 8 türk vətəndaşı həlak olub,19 nəfər yaralanıb. Cavab olaraq,Türkiyə Parlamenti hökumətdən İsraillə əlaqələri təkrar gözdən keçirməyi tələb edib.

Mənbələrin sözlərinə görə, Türkiyənin tələblərinin yerinə yetirilməsinin gözləməsi uzun sürməyəcək, agentlik qeyd edir.

Xəbər lenti

Xəbər lenti