Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan hakim Ədalət və İnkişaf Partiyasının keçirdiyi qrup toplantısında Türkiyədə terrorla, sadəcə, hökumət və ordunun deyil, bütün türk vətəndaşlarının mübarizə aparmasının vacib olduğunu bildirib. Bu haqda Türkiyənin CNN Turk telekanalı məlumat verib.
"Terrora qarşı, sadəcə, ordu və hökumət deyil, hamı birgə mübarizə aparmalıdır", - deyə Ərdoğan bildirib.
Baş nazirin sözlərinə görə, terrorla mübarizə milli məsələdir və terrorçular hədəflərinə heç vaxt çatmayacaqlar.