...

"Kor terrorizm" ABŞ və Böyük Britaniyanın məhsuludur – İranın ali lideri

Dünya xəbərləri Materials 21 İyul 2010 17:26 (UTC +04:00)
Bu yaxınlarda İranda baş vermiş terror aktını dəstəkləyənlər ABŞ, İsrail və Böyük Britaniyanın xüsusi xidmət orqanlarıdır.
"Kor terrorizm" ABŞ və Böyük Britaniyanın məhsuludur – İranın ali lideri

Bu yaxınlarda İranda baş vermiş terror aktını dəstəkləyənlər ABŞ, İsrail və Böyük Britaniyanın xüsusi xidmət orqanlarıdır. İslam İnqilabının lideri ayətullah Seyid Əli Xamneyi belə deyib. Məlumatı Press TV yayıb.

"İranın cənub-şərqindəki Zahidan şəhərində terror hücumlarının arxasında duran düşmənlərin əsas məqsədlərindən biri araya ədavət salmaq və dini qırğın törətməkdir", - Xamneyi çərşənbə günü deyib.

O qeyd edib ki, İslam Respublikası özünə güvənən dövlətlərin məqsədlərinə nail olmasına imkan verməyəcək.

Lider həmçinin təkidlə bütün İram hökumətini İranın birliyi və təhlükəsizliyinin düşmənləri ilə "mətanətlə və ciddi" mübarizə aparmağa çağırıb.

Şənbə günü ayətullah Xamneyi Sistan-Bəluçistan əhalisinə başsağlığı göndərib. İyulun 15-də buradakı iri məsciddə baş vermiş iki partlayış zamanı ən azı 27 nəfər həlak olmuş, 100-dən çox insan isə yaralanmışdı.

Xəbər lenti

Xəbər lenti