...

İranın Buşəhr əyalətində zəlzələ baş verib

Dünya xəbərləri Materials 26 İyul 2010 11:07 (UTC +04:00)
Bu gün səhər İranın Buşəhr əyalətinin Xormuc şəhəri yaxınlığında Rixter cədvəli üzrə 3,2 bal gücündə zəlzələ baş verib. Bu barədə Trend İranın IRNA xəbər agentliyinə istinadən məlumat yayıb.
İranın Buşəhr əyalətində zəlzələ baş verib

Bu gün səhər İranın Buşəhr əyalətinin Xormuc şəhəri yaxınlığında Rixter cədvəli üzrə 3,2 bal gücündə zəlzələ baş verib. Bu barədə Trend İranın IRNA xəbər agentliyinə istinadən məlumat yayıb.

Tehran Universitetinin Geofizika İnstitutu yanında Seysmoloji Mərkəz zəlzələnin yerli vaxtla saat 01:22-də baş verdiyini qeyd edib.

Zəlzələ nəticəsində ölən və yaralananlar olmayıb. Bunu Buşəhr əyalətinin başçısı Əli Zarei deyib

Zarei əlavə edib ki, hazırda əyalətin fövqəladə hallar idarəsinin işçiləri zəlzələnin ehtimal olunan ziyanlarını araşdırır.

İyulun 21-də İranın Fars əyalətində 5,8 bal gücündə zəlzələ baş vermişdi ki, nəticədə bir nəfər ölmüş, on səkkiz nəfər yaralanmışdı. İyulun 23-də isə İranın Şimali Xorasan əyalətinin Mane və Səmulqan şəhərləri yaxınlığında Rixter cədvəli üzrə 4,6 bal gücündə zəlzələ baş vermişdi ki, zəlzələ nəticəsində evlərə ziyan dəymişdi.

Ümumiyyətlə, İranda tez-tez güclü zəlzələlər baş verir. Son zamanlarda ən güclü zəlzələ 2003-cü ilin dekabrında Kirman əyalətinin cənub-şərqində yerləşən Bəm şəhərində baş vermişdi. Zəlzələ nəticəsində 31 min insan ölmüş və palçıqdan tikilən qədim qala dağılmışdı.

Ölkədə ən dağıdıcı zəlzələ 1990-cı ilin iyun ayında Rixter cədvəli üzrə 7,7 bal gücündə baş vermiş zəlzələ hesab olunur. Zəlzələ nəticəsində 37 min insan həlak olmuş, Gilan və Zəncan əyalətlərində isə 100 mindən çox insan xəsarət almışdı.

Xəbər lenti

Xəbər lenti