...

Bağdadda "əl-Ərəbiyyə" telekanalının ofisində partlayış baş verib - altı nəfər həlak olub (ƏLAVƏ OLUNUB)

Dünya xəbərləri Materials 26 İyul 2010 13:09 (UTC +04:00)
Bağdadda Dubayın "əl-Ərəbiyyə" telekanalının ofisi yaxınlığında avtomobilin partlaması nəticəsində, ən azı, altı nəfər həlak olub və on beş nəfər yaralanıb.
Bağdadda "əl-Ərəbiyyə" telekanalının ofisində partlayış baş verib - altı nəfər həlak olub (ƏLAVƏ OLUNUB)

RED. əlavəsi: birinci abzasdan sonra əlavə olunub

Bağdadda Dubayın "əl-Ərəbiyyə" telekanalının ofisi yaxınlığında avtomobilin partlaması nəticəsində, ən azı, altı nəfər həlak olub və on beş nəfər yaralanıb. Bu barədə Çinin Xinxua agentliyi İraqın Xarici İşlər Nazirliyindəki mənbəyə istinadən məlumat verib.

İntiharçı özünü telekanalın binasının mərkəzi girişində partladıb. Bu, İraq paytaxtında ərəb telekanalının işçilərinə birinci hücum deyil.

2008-ci ilin sentyabrında telekanalın Bağdad bürosunun rəhbəri Cavad Xəttab onun avtomobilində quraşdırılan və məsafədən idarə olunan qurğunun köməyi ilə işə düşməli olan bombanın partlayışından xilas olub.

Bundan iki il əvvəl, 2006-cı ilin oktyabrında telekanalın binasında törədilən terror aktı nəticəsində, yeddi nəfər həlak olub və iyirmi nəfər yaralanıb.

Xəbər lenti

Xəbər lenti