...

ABŞ, Rusiya və Fransa Tehran reaktoruna lazım olan yanacağın mübadiləsi üçün danışıqlara hazır olduqlarını bəyan edib - İran rəsmisi

Dünya xəbərləri Materials 10 Avqust 2010 12:12 (UTC +04:00)
ABŞ, Rusiya və Fransa Tehran reaktoruna lazım olan yanacağın mübadiləsi üçün texniki məsələləri müzakirə etmək məqsədilə iclasın keçirilməsinə hazır olduqlarını bəyan ediblər. Bunu İranın Atom Enerjisi Təşkilatının sədri Əli Əkbər Salehi deyib. Bu barədə İranın FARS xəbər agentliyi məlumat verir.
ABŞ, Rusiya və Fransa Tehran reaktoruna lazım olan yanacağın mübadiləsi üçün danışıqlara hazır olduqlarını bəyan edib - İran rəsmisi

ABŞ, Rusiya Fransa Tehran reaktoruna lazım olan yanacağın mübadiləsi üçün texniki məsələləri müzakirə etmək məqsədilə iclasın keçirilməsinə hazır olduqlarını bəyan ediblər. Bunu İranın Atom Enerjisi Təşkilatının sədri Əli Əkbər Salehi deyib. Bu barədə İranın FARS xəbər agentliyi məlumat verir.

Salehi əlavə edib ki, ümid edirəm, bu iclas yaxın iki həftə ərzində təşkil olunacaq.

Qərb tələb edir ki, İran "Tehran" nüvə laboratoriyası reaktorunun yanacaqla təmin edilməsi üçün Rusiyaya 1200 kq 3,5 faizlik zənginləşdirilmiş uran verməklə, 20 faizlik zənginləşdirilmiş uran təhvil alsın.

"Tehran" laboratoriyasında reaktor 40 il bundan əvvəl ABŞ tərəfindən tikilib və əsas funksiyası dərmanların istehsalı ilə məşğul olmaqdır. Sonuncu dəfə 1993-cü ildə İran Argentinadan 30 kq 19,75 faiz zənginləşdirilmiş uran almaqla, bu reaktoru yanacaqla təmin edib.

ABŞ və Qərb İranı nüvə silahı yaratmağa çalışmaqda ittiham edib. İran isə uranın zənginləşdirilməsində məqsədin nüvə-elektrik stansiyalarını yanacaqla təmin etmək olduğunu bildirib. 2006-cı ildə İranın nüvə proqramı MAQATE Hakimlər Şurasından BMT Təhlükəsizlik Şurasına göndərilib və bu şura İranın nüvə proqramını dayandırmaq üçün indiyədək 5 qətnamə qəbul edib. Qətnamələrin 3-də İrana qarşı iqtisadi sanksiyaların tətbiq olunması nəzərdə tutulub.

Xəbər lenti

Xəbər lenti