...

Ölkə rəsmiləri İrana qarşı sanksiyaları ciddi qəbul etməlidirlər - eks-prezident Rəfsəncani

Dünya xəbərləri Materials 14 Sentyabr 2010 11:45 (UTC +04:00)

İslam İnqilabından sonra indiyədək İrana qarşı bu qədər sanksiyalar tətbiq olunmamışdı; sizin hamınızdan, eləcə də ölkənin bütün rəsmilərindən istəyim budur ki, sanksiyaları ciddi qəbul etsinlər. Bunu İranın sabiq prezidenti, İran Məsləhət Məclisi Şurasının sədri Əli Əkbər Haşimi-Rəfsəncani bu gün Məsləhət Məclisi Şurasının səkkizinci dövr iclasının açılış mərasimində çıxışı zamanı deyib. Bu barədə İranın İLNA xəbər agentliyi məlumat verir.

İndiyədək BMT TŞ İranın nüvə proqramı ilə bağlı bu ölkəyə qarşı 6 qətnamə qəbul edib. Onlardan 4-ü sanksiya xarakterli qətnamədir. Bundan başqa, ABŞ, Avropa Birliyi ölkələri, Avstraliya, Yaponiya və bəzi digər ölkələr İrana qarşı birtərəfli sanksiyalar tətbiq ediblər.

"Ölkədə vəziyyəti pisləşdirən məsələlərı, ölkədə vəhdət və inkişafa kömək edə biləcək yolları açıqlamağı özümə borc bilirəm. Hamı İran ətrafında baş verən hadisələri və dünyadakı mövcud gərgin vəziyyəti dərk edir", - deyə Rəfsəncani deyib.

O əlavə edib ki, ötən 30 il ərzində 8 il müharibə dövrünü yaşadığımıza baxmayaraq, hegemon ölkələrin İslam İnqilabına qarşı bu qədər məkrli planlar hazırladığının şahidi olmamışıq. "Bu gün İranda insan haqları məsələsi və nüvə proqramı məsələsi Qərb ölkələrinin əlində bəhanə olub", -  Rəfsəncani deyib.

Rəfsəncani İranın bəzi rəsmilərinin sanksiyaların təsirsiz olacağı haqqında çıxışlarını tənqid edib. "Ölkədə olan elm, insan və təbii faktorlar potensialından sanksiyaların təsirini azaltmaq üçün düzgün istifadə olunacağına inanmıram, lakin əgər bu potensiallar düzgün istifadə olunarsa, uğur qazanacağımıza əminəm", - Rəfsəncani deyib.

Xəbər lenti

Xəbər lenti