...

Mehabaddakı partlayışla rejim düşmənləri kürd xalqından qisas almaq istəyiblər – İran Parlamentinin nümayəndəsi

Dünya xəbərləri Materials 30 Sentyabr 2010 12:16 (UTC +04:00)
Mehabaddakı partlayışla rejim düşmənləri kürd xalqından qisas almaq istəyiblər – İran Parlamentinin nümayəndəsi.
Mehabaddakı partlayışla rejim düşmənləri kürd xalqından qisas almaq istəyiblər – İran Parlamentinin nümayəndəsi

Mehabaddakı partlayışla rejimin düşmənləri bu regionda yaşayan kürd xalqından qisas almaq istəyiblər. Bu barədə İran Parlamenti yanında Milli təhlükəsizlik və xarici siyasət komissiyasının vitse-spikeri Pərviz Soruri terror aktı qurbanlarından birinin ailə üzvləri ilə görüşü zamanı bildirib. Bu barədə IRNA agentliyi məlumat verib.

"Mehabaddakı terror aktı düşmənlərin kürd xalqına nə dərəcədə qəzəbləndiyini və onların İslan Respublikası Silahlı Qüvvələri ilə qarşıdurmada özlərini nə dərəcədə köməksiz hiss etdiklərini nümayiş etdirir", - Soruri deyib.

Onun sözlərinə görə, "Belə aciz hərəkətlərə əl atmaqla düşmənlər kürd xalqının birliyini və həmrəyliyini pozmaq və onları bir-birindən ayırmaq fikrindədirlər".

İran Parlamenti yanında Milli təhlükəsizlik və Xarici siyasət komissiyası rəhbərinin başçılıq etdiyi nümayəndə heyəti və daha iki deputat terror aktı qurbanlarının yaxınlarına başsağlığı vermək və dəyən ziyanın miqyasını müəyyən etmək üçün Mehabada gəliblər.

Ötən həftə Qərbi Azərbaycanın Mehabad şəhərində parad zamanı partlayış baş verib. Nəticədə, aralarında qadınların və uşaqların da olduğu 12 nəfər həlak olub, 82 adam xəsarət alıb.

Vilayətdə əhalinin əksəriyyətini kürdlər təşkil edir. Şəhər ərazisində "Pejak" qruplaşması fəaliyyət göstərir.

Xəbər lenti

Xəbər lenti