...

İran məmurlarına qarşı sanksiyalar ABŞ-ın 2009-cu ildə İrandakı iğtişaşları dəstəklədiyinə sübutdur – XİN nümayəndəsi

Dünya xəbərləri Materials 1 Oktyabr 2010 18:13 (UTC +04:00)
ABŞ-ın İran məmurlarına qarşı sanksiya tətbiq etməsi sübut edir ki, Vaşinqton 2009-cu ildə prezident seçkilərindən sonra İranda iğtişaşları dəstəkləyib və buna təhrik edib.
İran məmurlarına qarşı sanksiyalar ABŞ-ın 2009-cu ildə İrandakı iğtişaşları dəstəklədiyinə sübutdur – XİN nümayəndəsi

ABŞ-ın İran məmurlarına qarşı sanksiya tətbiq etməsi sübut edir ki, Vaşinqton 2009-cu ildə prezident seçkilərindən sonra İranda iğtişaşları dəstəkləyib və buna təhrik edib. Bunu İran XİN-in rəsmi nümayəndəsi Ramin Mehmanpərəst deyib. Məlumatı Press TV yayıb.

ABŞ Prezidenti Barak Obama səkkiz yüksəkvəzifəli İran məmuruna qarşı şəxsi sanksiyaların tətbiqi haqqında fərman imzalayıb. ABŞ hakimiyyət orqanları onları insan haqlarının pozulması, 2009-cu ildə prezident seçkilərindən sonra müxalifət nümayəndələrinin təqibi və zorakılığın tətbiqində günahlandırır. Sanksiyalar ABŞ ərazisində İranın vəzifəli şəxslərinə məxsus bank hesabları, istənilən mülkiyyətin tutulması və onlara Amerika vizalarının verilməsinə qadağanı nəzərdə tutur. Amerika şirkətlərinə bu insanlarla istənilən iş əlaqələrini kəsmək barədə əmr verilib.

O qeyd edib ki, ABŞ siyasi məqsədlərə nail olmaq üçün "insan haqları konsepsiyalarından sui-istifadə edir".

Mehmanpərəstin sözlərinə görə, Ağ evin qərarı İran xalqı və hakimiyyət orqanları arasında əlaqəni kəsməyə yönəldilib.

Onun sözlərinə görə, Vaşinqton dünya ictimaiyyətinin diqqətini İran Prezidenti Mahmud Əhmədinejadın 2001-ci ilin 11 sentyabr terror aktı ilə bağlı bəyanatından yayındırmağa cəhd göstərir.

Xəbər lenti

Xəbər lenti