...

Tehranda evlənənlərin sayı 6 faiz azalıb

Dünya xəbərləri Materials 4 Oktyabr 2010 12:26 (UTC +04:00)

Cari ilin ilk 6 ay ərzində (İranda il martın 21-də dəyişir) Tehranda evlənənlərin sayı 6 faiz azalıb, lakin boşananların sayında 4 faiz artım olub. Bunu İranın Tehran əyalətinin Vətəndaş Vəziyyəti Aktlarının Qeydiyyatı İdarəsini rəisi Əhməd Qeşmi deyib. Məlumatı MEHR xəbər agentlyi məlumat yayıb.

Qeşmi əlavə edib ki, bu müddət ərzindəTehranda 63 330 evlənmə qeydiyyata alınıb, ötən il isə bu rəqəm 68 059 təşkil edib.

Onun sözlərinə görə, ötən altı ay ərzində Tehranda 17 846 boşanma halı qeydə alınıb ki, ötən ildə bu rəqəm 17100 olub.

Qeşmi həmin müddət ərzində Tehranda yeni doğulan körpələrin sayında 3 faiz artım olduğunu deyib. "Cari ilin ilk altı ay ərzində Tehranda 107 268 körpə dünyaya göz açıb ki, onlardan 56 minə yaxını oğlan və 52 minə yaxını isə qızdır", - Qeşmi deyib.

Onun sözlərinə görə, bu müddət ərzində Tehranda 31 256 ölüm halı (7 faiz artım) qeydə alınıb.

Xəbər lenti

Xəbər lenti