...

İran Qərbi danışıqlara ciddi yanaşmağa çağırır – XİN nümayəndəsi

Dünya xəbərləri Materials 12 Oktyabr 2010 18:57 (UTC +04:00)
İran nüvə proqramı ilə bağlı danışıqlara hazır olduğunu dəfələrlə bəyan edərək bildirir ki, Qərbdən danışıqların bərpa edilməsi yolunda "ciddi" addımlar gözləyir.
İran Qərbi danışıqlara ciddi yanaşmağa çağırır – XİN nümayəndəsi

İran nüvə proqramı ilə bağlı danışıqlara hazır olduğunu dəfələrlə bəyan edərək bildirir ki, Qərbdən

danışıqların bərpa edilməsi yolunda "ciddi" addımlar gözləyir. Bu barədə İRAN XİN-in rəsmi nümayəndəsi Ramin Mehmanpərəst bəyan edib. Xəbəri Press-TV yayıb.

"Biz danışıqlara razılıq vermişik və hazır olduğumuzu ifadə etmişik", - Mehmanpərəst çərşənbə axşamı həftəlik mətbuat konfransında bəyan edib. - "Lakin görünür, başqa tərəf ciddi yanaşmır".

Mehmanpərəst əlavə edib ki, İran Nyu-Yorkda BMT Baş Assambleyasının kluarlarında "5+1" qrupu ilə nazirlər səviyyəsində danışıqların aparılmasına dair təklif irəli sürüb, lakin digər tərəf, görünür, istənilən danışıqlara hazır deyil.

O həmçinin qeyd edib ki, İran XİN rəhbəri Mənuçöhr Möttəki oktyabrın sonu-noyabrın əvvəllərində danışıqların aparılmasını təklif edib.

"Digər tərəf üçün danışıqlar aparmaqla bağlı istəyini səmimi nümayiş etdirməyin vaxtı çatıb", - Mehmanpərəst deyib.

Onun sözlərinə görə, İran mayın 17-də imzalanmış yanacaq mübadiləsinə dair Tehran bəyannaməsi çərçivəsində ABŞ, Fransa, Rusiya və BAEA-dan ibarət Vyana qrupu ilə danışıqlar aparmağa hazırdır.

Mehmanpərəst əlavə edib ki, İran tərəfi Tehranın təkliflər paketi və ya ən azı, hər iki tərəfin irəli sürdüyü ümumi təkliflər paketi əsasında "altılıq"la (ABŞ, Böyük Britaniya, Rusiya, Fransa, Çin və Almaniya) danışıqların aparılmasına hazırdır.

2009-cu ildə İran "altılıq"a "Sülh, ədalət və irəliləyiş naminə əməkdaşlıq" adı altında təkliflər paketi təqdim edib.

Xəbər lenti

Xəbər lenti