...

İran və İraq sərhəd təhlükəsizliyi haqqında memorandum imzalayıblar

Dünya xəbərləri Materials 18 Oktyabr 2010 11:10 (UTC +04:00)
İran və İraq terrorizmlə mübarizənin fəallaşdırılması və sərhədin qanunsuz keçilməsi hallarının qarşısının alınması məqsədilə sərhəd əməkdaşlığının yaxşılaşdırılması üzrə qarşılıqlı anlaşma haqqında memorandum imzalayıblar.
İran və İraq sərhəd təhlükəsizliyi haqqında memorandum imzalayıblar

İran və İraq terrorizmlə mübarizənin fəallaşdırılması və sərhədin qanunsuz keçilməsi hallarının qarşısının alınması məqsədilə sərhəd əməkdaşlığının yaxşılaşdırılması üzrə qarşılıqlı anlaşma haqqında memorandum imzalayıblar. Məlumatı Press TV yayıb.

Bununla əlaqədar İranın sərhəd polisinin rəisi, briqada generalı Hüseyn Zülfüqari bazar günü Tehranda iraqlı həmkarı və digər rəsmi şəxslərlə danışıqlar aparıb.

Zülfüqari İraqdan terrorçu qruplaşmaların İrana qarşı hücumlarda İraq ərazisindən döyüş meydanı kimi istifadə etmələrinin qarşısını almağı xahiş edib.

İki ölkə birgə sərhədlərdə yaranan istənilən çətinliyin həlli və öyrənilməsi üçün birgə sərhəd komitələrinin işini fəallaşdırmaq barədə də razılığa gəliblər.

Xəbər lenti

Xəbər lenti