...

İran, Azərbaycanla sərhəddə təhlükəsizlik məqsədilə vəsait ayırıb

Dünya xəbərləri Materials 25 Oktyabr 2010 11:15 (UTC +04:00)
İran, Azərbaycanla Ərdəbil əyalətindəki sərhədləri qaçaqmalçılardan qorumaq üçün xüsusi tədbirlərə başlayıb.
İran, Azərbaycanla sərhəddə təhlükəsizlik məqsədilə vəsait ayırıb

İran, Azərbaycanla Ərdəbil əyalətindəki sərhədləri qaçaqmalçılardan qorumaq üçün xüsusi tədbirlərə başlayıb. Rəsmi xəbər telekanalı saytı İribnews.ir-in məlumatına əsasən, İran Sərhəd Qoşunları rəhbərinin müavini Yaqub Rzazadə Muğan-Parsabad sərhədlərində keçirdiyi görüşdə bildirib ki, İranla Azərbaycan arasında sərhədlərin təhlükəsizliyinin təmini və qaçaqmalçıların qarşısının alınması üçün vəsait ayrılıb. Onun sözlərinə görə, Biləsuvar sərhədində təhlükəsizlik işləri və avadanlıqların quraşdırılmasına başlanılıb və son bir ilədək İranla Azərbaycan arasında 90 dağlıq yerdə sərhədlərin qorunması üçün xüsusi avadanlıq yerləşdiriləcək və sərhədlər qaçaqmalçıların üzünə tamamilə bağlanacaq.

Rzazadə rəsmi Tehranın Azərbaycanla sərhədlərə nə qədər vəsait ayrıldığı barədə və Biləsuvar sərhədində, konkret olaraq, hansı avadanlıqların yerləşdirildiyi haqqında məlumat verməyib.

Azərbaycan dəfələrlə İrandan tələb edib ki, narkotik maddələr qaçaqmalçılarının qarşısını almaq üçün sərhədlərə nəzarət sistemini gücləndirsin.

Xəbər lenti

Xəbər lenti