...

İran Prezidentinin birinci müavini Tacikistana səfər edəcək

Dünya xəbərləri Materials 22 Noyabr 2010 13:29 (UTC +04:00)
İran Prezidentinin birinci müavini Məhəmmədrza Rəhimi çərşənbə günü Tacikistana səfər edəcək. Rəhimi Tacikistanda keçiriləcək Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) üzv ölkələrin baş nazirlərinin iclasında iştirak edəcək. Bu barədə İranın İSNA xəbər agentliyi məlumat verir.
İran Prezidentinin birinci müavini Tacikistana səfər edəcək

İran Prezidentinin birinci müavini Məhəmmədrza Rəhimi çərşənbə günü Tacikistana səfər edəcək. Rəhimi Tacikistanda keçiriləcək Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) üzv ölkələrin baş nazirlərinin iclasında iştirak edəcək. Bu barədə İranın İSNA xəbər agentliyi məlumat verir.

İki günlük səfər zamanı Rəhimi, həmçinin iclasda iştirak edəcək ölkələrin baş nazirləri, eləcə də Tacikistan rəsmiləri ilə ikitərəfli görüşlər keçirəcək.

ŞƏT-ə üzv ölkələrin baş nazirlərinin iclası noyabrın 24-25-də Düşənbədə keçiriləcək. Hazırda Şanxayt Əməkdalıq Təşkilatına Qazaxıstan, Qırğızıstan, Çin, Rusiya, Tacikistan və Özbəkistan daxildir. Bu təşkilatda Monqolustan, İran, Pakistan və Hindistan müşahidəçi kimi iştirak edirlər.

Xəbər lenti

Xəbər lenti