...

Türkiyə İraqa qarşı yönəlmiş terrorizmə dözməyəcək – XİN başçısı

Dünya xəbərləri Materials 27 Noyabr 2010 10:42 (UTC +04:00)

Türkiyənin öz ərazisində qonşu ölkələrə qarşı yönələn terror fəaliyyətinə icazə verməsindən və ya buna qarşı tədbir görməməsindən söhbət gedə bilməz. Bunu cümə günü Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu deyib. Məlumatı "Anadolu" agentliyi yayıb.

CNN Turk telekanalındakı verilişdə çıxış edən Davudoğlu deyib ki, İraqın rəsmi şəxsləri Türkiyənin bu mövqeyini yüksək qiymətləndirirlər.

Məlumatı şərh edən "Wikileaks" saytı ABŞ-da bəzi elementlərin PKK terror təşkilatını dəstəklədiyini, Türkiyə tərəfdən isə İraqın "əl-Qaidə" yaraqlılarına müəyyən kömək göstərilməsini təsdiqləyən sənədlər dərc edib. Davudoğlu bəyan edib ki, bu məlumat hələlik abstrakt mühakimə olduğundan onu şərh etmək doğru olmazdı.

Davudoğlunun sözlərinə görə, Türkiyə həmişə "əl-Qaidə" ilə mübarizədə ciddi tədbirlər görüb və daim terrorizmlə mübarizədə ABŞ ilə sıx əməkdaşlıq edib.

XİN başçısı bildirib ki, bu mübarizə 2008-ci ilin noyabrından Türkiyə, ABŞ və İraq arasında mövcud olan üçtəfəfli mexanizmin köməyi ilə həyata keçirilir.

Xəbər lenti

Xəbər lenti